Bakı yarışa hazırlaşır

Formula 1 yarışlarının Bakı Qran prisi ilə əlaqədar Niyazi küçəsindəki qənbər daşlı yol aprelin ortasında asfaltla örtüləcək. İşlər Beynəlxalq Avtomobil Federasiyasının standartlarına uyğun aparılacaq.
ANN.Az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Tikinti şöbəsinin rəhbəri Tom Buçer jurnalistlər üçün təşkil edilmiş media turda bildirib.
Onun sözlərinə görə, işlər elə aparılacaq ki, əhali bundan əziyyət çəkməsin:
"Bakı Şəhər Halqası çalışır ki, Bakını ən yaxşı şəkildə dünyaya təqdim etsin".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























