• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik özəl tibb müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq etdi

Nazirlik özəl tibb müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq etdi
05.04.2017 13:45
Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən özəl tibb və əczaçılıq müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, xüsusilə əcnəbilərin və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə Azərbaycan Səhiyyə Nazirliyindən müvafiq şəhadətnamə əldə etmədən tibb fəaliyyəti ilə məşğul olmaları, özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün tibb müəssisələrinə verilmiş lisenziyanın əlavəsində göstərilən ixtisaslardan və işlərdən kənar işlər üzrə qanunsuz tibb və əczaçılıq fəaliyyətinin həyata keçirilməsi, Səhiyyə Nazirliyi Kollegiyasının 21.10.2015-ci il tarixli 57 nömrəli Qərarı ilə təsdiqlənmiş "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na zidd olaraq xəstələrə resept yazarkən dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının (təsiredici maddə adı) əvəzinə ticarət adının yazılması, bəzi sahibkarlar və fərdi şəxslər tərəfindən ölkəyə qeyri-qanuni idxal olunmuş və dövlət qeydiyyatından keçməyən, müvafiq keyfiyyət sertifikatı olmayan dərman vasitələrinin satışı və tibdə istifadə hallarının geniş vüsət alması və bununla da əhalinin sağlamlığını ciddi təhlükəyə məruz qoyma faktları barədə Səhiyyə Nazirliyinə son zamanlar çoxsaylı müraciətlər daxil olur:

"Nəzərinizə çatdırırıq ki, xarici ölkələrdə hazırlıq alan tibb işçiləri, o cümlədən əcnəbilər və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Nazirlər Kabinetinin 12 yanvar 1999-cu il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydaları”na uyğun olaraq, yalnız Səhiyyə Nazirliyi tərəfindən verilən müvafiq şəhadətnamə əsasında respublika ərazisində tibb fəaliyyəti ilə məşğul olmağa buraxıla bilər. Bildiririk ki, "Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 46-cı maddəsinin 6-cı hissəsinə əsasən özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün müəssisəyə verilmiş lisenziyanın əlavəsində göstərilən işlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 1.3-cü bəndinə əsasən "Dərman vasitələri haqqında” qanunu ilə müəyyən edilmiş xüsusi hallar istisna olmaqla, dərman vasitələri yalnız Azərbaycan Səhiyyə Nazirliyi və onun səlahiyyət verdiyi qurumu tərəfindən dövlət qeydiyyatına alındıqdan, keyfiyyətini təsdiq edən müvafiq sənəd verildikdən sonra ölkə ərazisinə idxalına, istehsalına, satışına və tibdə istifadəsinə icazə verilir.

Məlumatda qeyd edilir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, müəssisələrdən Səhiyyə Nazirliyinin müvafiq şəhadətnaməsi olmadan xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, xüsusilə də əcnəbilərin və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin fəaliyyətinin, həmçinin özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziyanın əlavəsində göstərilən ixtisaslardan və işlərdən kənar işlər üzrə qanunsuz tibb və əczaçılıq fəaliyyətinin, Səhiyyə Nazirliyinin "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na zidd olaraq reseptlərdə dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının (təsiredici maddə adı) əvəzinə ticarət adının yazılmasının, ölkəyə qanunsuz idxal olunmuş dərman vasitələrinin tibdə istifadəsinin və satışının dərhal dayandırılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb edilir.

Əks təqdirdə belə hallar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 31.10.2014-cü il tarixli 322 nömrəli Fərmanının 1-ci bəndinə uyğun olaraq insan həyatı və ya sağlamlığına birbaşa və mühüm təhlükə və ya mühüm zərər hesab edilərək, mövcud qanunlara uyğun barənizdə müvafiq inzibati tədbirlərin həyata keçirilməsi məsələsinə baxılacaq.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol