Apteklərdə qeydiyyatdan keçməyən dərmanlar satılır

Səhiyyə Nazirliyi tərəfindən apteklərə və əczaçılıq müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edib.
Nazirliyin yaydığı məlumata əsasən, müvafiq keyfiyyət sertifikatı olmayan, dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı və tibdə istifadə halları son zamanlar geniş yayılıb.
ANN.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdirinin müavini Pərviz Əzizbəyovun sözlərinə görə, dərmanların dövlət qeydiyyatına alındığını göstərən müəyyən məqamlar var və vətəndaşlar buna xüsusi fikir verməlidirlər.
Nazirliyin digər xəbərdarlığı isə yazılan reseptlərlə bağlıdır.
Bu qaydalara əməl etməyənlərə qarşı sərt tədbirlər görüləcək. İlk növbədə, araşdırmalardan sonra qanunauyğun olmayan faktlar aşkar edilərsə, yüksək məbləğdə cərimələr tətbiq ediləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























