• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Cabbarov tapşırıqlar verib

Mikayıl Cabbarov  tapşırıqlar verib
06.04.2017 10:48
Təhsil naziri Mikayıl Cabbarov 2017-2018-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.
 
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrə əsasən, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələrinə tapşırılıb ki, aidiyyəti yerli təşkilatlarla birgə 2017-2018-ci dərs ilində məktəbəhazırlıq qruplarına cəlb olunacaq 2012-ci il təvəllüdlü 5 yaşlı uşaqların sayının dəqiqləşdirilməsi, ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblərin və müəllimlərin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlər görsünlər, məktəbəhazırlıq qruplarının müəllimlərinin, əsasən, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmiş və həmin dərs ilində IV siniflərlə işləyəcək ibtidai sinif müəllimləri arasından seçilməsini nəzarətdə saxlasınlar.
 
Bundan əlavə, məktəbəhazırlıq qruplarının müəyyən olunmuş qaydalar əsasında komplektləşdirilməsinin təmin edilməsi, bu qrupların yaradılacağı ümumtəhsil məktəblərində lazımi təlim şəraitinin təmin olunması istiqamətində tədbirlər həyata keçirilməsi, 2017-ci il avqust ayının sonunadək əlavə olunan formalar üzrə məlumatları və görülmüş işlər barədə yazılı hesabatın nazirliyə göndərilməsi tapşırılıb.
 
Məcburi köçkün məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə əsas vermədiyi hallarda həmin uşaqlar məktəbəhazırlıq təhsilinə ərazi üzrə yerli məktəblərdə cəlb ediləcək.
 
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol