• $
  • €
  • ₽
  • ₺
  • £

ETSN-ə yeni səlahiyyətlər verilib: Vəzifəli şəxsləri cərimələyəcək

ETSN-ə yeni səlahiyyətlər verilib: Vəzifəli şəxsləri cərimələyəcək
29.05.2020 02:45
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyətlər verilib.

ANN.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2015-ci il 29 dekabr tarixli qanunun tətbiqi barədə 2016-cı il 15 fevral tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərmanında əksini tapıb.

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli qanuna əsasən, İnzibati Xətalar Məcəlləsinə yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulması barədə inzibati cərimələri nəzərdə tutan 253-1. maddəsi əlavə edilib.

Fərmana dəyişiklik bu sahədə səlahiyyətli orqanları müəyyən edir. Beləliklə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə vəzifəli şəxsləri min manat miqdarında, hüquqi şəxsləri üç min manat miqdarında cərimə etmək səlahiyyəti verilib.

Eyni zamanda yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə ediləcəklər.

Fərmana əsasən bu sahədə istifadəsində torpaq olan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının da səlahiyyəti müəyyənləşib. İstifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyənin yaşıllıqların götürülməsi, barədə qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə ediləcəklər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol