• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbələrə şad xəbər

Tələbələrə şad xəbər
07.04.2017 10:09
"Dövlət sifarişi ilə ali təhsil və digər müəssisələrdə kadr hazırlığı xərcləri, o cümlədən təqaüd xərclərinin ali məktəblərin hesabına köçürülməsi aprelin 5-də tam başa çatdırılıb”.
 
 Bunu ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin gecikdirilməsi ilə bağlı yayılan xəbərlərlə dair "APA-Economics"in Maliyyə Nazirliyinə ünvanladığı sorğuya cavab olaraq nazirliyin ictimaiyyətlə əlaqələrə sektorunun müdiri Mayis Piriyev bildirib.
 
M. Piriyevin sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2017-ci il tarixli 233s nömrəli sərəncamı ilə təsdiq olunmuş dövlət sifarişi ilə kadr hazırlığının maliyyələşdirilməsi üçün xərclərinin ali təhsil və digər müəssisələr üzrə bölgüsü 3 aprel tarixində Maliyyə Nazirliyinə təqdim edilib: "Təhsil Nazirliyi tərəfindən təqdim olunan bölgülərə uyğun olaraq Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən həmin vəsaitin 4 aylıq hissəsinin maliyyələşdirilməsi 2017-ci il 05 aprel tarixində tam başa çatdırılıb. Bu gündən etibarən isə ali məktəblər tərəfindən təqaüd almaq hüququ qazanmış tələbələrin kartlarına ödənişlərin köçürülməsinə başlanılıb”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol