• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsi məscidlərin həyətində namaz qılınmasının qadağan olunması barədə məlumatlara münasibət bildirib

Dövlət Komitəsi məscidlərin həyətində namaz qılınmasının qadağan olunması barədə məlumatlara münasibət bildirib
07.04.2017 19:20
Hansısa məsciddin həyətində icmanının razılığı ilə namaz qılına bilər.

REPORT.AZ/ "Azərbaycan qanunvericiliyində məscidlərin həyətində namaz qılınması ilə bağlı hər hansı qadağa yoxdur".

Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov deyib.

Onun sözlərinə görə, "Dini etiqad azadlığı haqqında” qanunun 21-ci maddəsində göstərilir ki, ibadətlər, dini ayinlər və mərasimlər ibadətgahlarda və onlara məxsus ərazidə maneəsiz keçirilir: "Bu məsələ hər bir məsciddə vəziyyət nəzərə alınaraq onların özü tərəfindən tənzimlənir. Bu hüquq da həmin məscidlərdə fəaliyyət göstərən dini icmalara aiddir. Əgər hər hansı bir məscidin həyətində, yaxud kənarında namaz qılınması ictimai təhlükəsizlik, eyni zamanda insanların hərəkəti üçün maneə törədirsə, təbii ki, məsciddəki icma özü bunu tənzimləməlidir".

Şöbə müdiri bildirib ki, hansısa məsciddin həyətində namaz qılınması ilə bağlı ictimai təhlükəsizlik baxımdan problem yaranmırsa, icmanının razılığı ilə orada namaz qılına bilər. 

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə cümə namazları zamanı məscidlərin həyətində namaz qılınmasının qadağan edildiyi barədə məlumatlar yayılıb.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol