• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı hotellərində daimi yaşayanlar var

Bakı hotellərində daimi yaşayanlar var
07.04.2017 16:20
Bu gün Azərbaycanda dünya standartlarına cavab verən xeyli sayda hotel var.

Özü də yalnız Bakıda deyil, əksər bölgələrdə də belə otellərə rast gəlmək mümkündür.

Təbii ki, bu da ölkəyə turist axının sürətləndirən əsas məqamlardandır. Hotellərlə bağlı diqqətçəkən məsələlərdən biri də burada daimi yaşayanların olmasıdır...

ANN.Az xəbər verir ki, Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov modern.az-a bu sahədə bilmədiyimiz bəzi detalları açıqlayıb.

O qeyd edib ki, Bakıdakı "Hilton hotel", " Four seasion", "Port Baku", "Staybridge Suits otel"də daimi qalmaq üçün nəzərdə tutulan nömrələr var:

""Staybridge Suits" hotel şəbəkəsinin (Bakı dəmiryolu vağzalının yanı) bir qoludur. Bu brendin yaradılmasında məqsəd ondan ibarətdir ki, işgüzar qonaqlar burada daimi qalırlar. Daimi qalmaq üçün Apart hotel yaradılıb".

Apart hotel nədir?

Bu hotellər, əsasən, mənzil və villa tipində inşa edilmiş binadan ibarətdir. Burada qalan müştərilər səhər, nahar və şam yeməklərini özləri hazırlayırlar. Bu tip hoteldə mətbəx, nömrənin daxilində yerləşir. Mətbəxdə insanların gündəlik yaşayışı üçün gərəkli olan bütün ləvazimat və avadanlıqlar olur.

M.Ağakərimov hotel biznesinin bəzi detallarına diqqət çəkib:

"Özüm hotel müdiri olsam, müştəri nömrəni 2-3 illik kirayələsə, mənə çox sərf edər. Hotel müdirləri həmişə arzu edir ki, nömrələr uzun müddətə götürülsün. Çünki nömrələrin boş qalması vergi verilməsi zamanı rəhbərliyə zərər vurur. Hotel biznesinin ticarət və restoran biznesindən fərqi odur ki, bu gün satılmayan malı sabah satmaq şansın yoxdur. Amma restoran biznesində  belədir ki, bişirilən yemək bu gün satılmayıbsa, onu soyuducuya qoyub növbəti gün sata bilərsən. Hoteldə nömrə fondu boş qalırsa, biznes itirir".

Hotellərdə yaşamaq üçün qiymətlərə gəlincə, müşavir bununla bağlı dəqiq rəqəm söyləməkdə çətinlik çəkib. O qeyd edib ki, qiymətlər, otel müdiri ilə müştəri arasında aparılan danışıqdan asılı olaraq müəyyən edilir:

"Hotellərdə yaşayış bir nömrə üçün ödəniş haqqı ilə ölçülür. Hotellərin dərəcələri, ulduzları var. Hotellər özəl sahibkarlıq subyekti olduğundan vahid qiymət tətbiq edilmir. Həm də bilmək olmur ki, hansı sahibkar 4 faiz vergi verir, hansı 18 faiz. Ona görə də qiymətlər həm də vergi faizindən asılıdır. Amma nəzərinizə çatdırım ki, uzun müddətə, həm də daha çox turist cəlb edən şirkətlərə hər zaman güzəşt tətbiq edilir.

Təxminən 1 ay hoteldə yaşayanlara 20-30, hətta 50 faizədək güzəştlər verilir. Konkret rəqəm söyləmək çox çətindir. Nəzərə alaq ki, hotellərin özü dərəcələrə bölünür, eyni zamanda nömrələr özü də 1 otaqlı, 2 otaqlı, suit, lüks olmaqla təsnifatlanır. Amma deyim ki, hotellərdə yaşayış çox bahalıdır. İstənilən adam, vəzifəsindən, kimliyindən asılı olmayaraq hoteldə yaşaya bilər. Təbii ki, pulunu ödəmək şərtilə. Bu baxımdan pulunu ver, nə qədər istəyirsən qal".

M.Ağakərimov qeyd edib ki, hotellərdə yaşayanlar, əsasən, xaricilər, eyni zamanda azərbaycanlı iş adamlarıdır:

"Hotellərdə daimi yaşayış üçün xüsusi mərtəbə var. Hətta "Hilton" hotelin qarşısında orada yaşayanlar üçün nömrələnmiş parkovka da salınıb. Azərbaycanda oteldə daimi yaşayan insanlar var".

Hotellərdə yaşama müddətinə gəlincə, müşavir deyib ki, bu, müqavilə əsasında tənzimlənir:

"Müqavilənin müddəti limitsizdir. Yəni neçə il istəsən müqavilə əsasında hoteldə yaşaya bilərsən. Amma mənim fikrimcə, oteldə yaşamaqdansa, ev almaq daha sərfəlidir".

Təxmini olaraq "Hilton hotel"də standart otağın bir gecəsinin (gün saat 12:00-dan növbəti gün 14:00-a dək hesablanır) 388 manat 46 qəpik olduğunu nəzərə alsaq, 1 ay müddətinə oteldə yaşamaq üçün 116535,8 manat tələb olunur. 50 faizlik güzəşt tətbiq edilkdə isə 1 ay otel həyatı sürmək üçün 5826.9 manat ödəməlisiniz.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol