• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi xəstəxanalarda maliyyə yeyintisi aşkarlandı

Bəzi xəstəxanalarda maliyyə yeyintisi aşkarlandı
10.04.2017 18:00
Azərbaycanın rayonları üzrə dərman və ərzaq xərclərinin proqnoz göstəricilərinin çarpayı günləri ilə müqayisəli təhlili nəticəsində bir sıra uyğunsuzluqlar müəyyən edilib.

ANN.Az report-a istinadən xəbər verir ki, bu, Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd olunub.
Qeyd olunub ki, 2013-cü ildə bir çarpayı gününə düşən ərzaq xərci Ağcabədi rayonu üzrə 1,82 manat, Goranboy rayonu üzrə 0,61 manat, Sabirabad rayonu üzrə 2,46 manat, Kürdəmir rayonu üzrə 1,34 manat, Balakən rayonu üzrə 0,73 manat, Ağsu rayonu üzrə 0,61 manat, Neftçala rayonu üzrə 1,96 manat, Masallı rayonu üzrə 1,29 manat, Xaçmaz rayonu üzrə 0,99 manat, Şəki şəhəri üzrə 1,42 manat, Şəmkir rayonu üzrə 4,37 manat, Tərtər rayonu üzrə 0,92 manat olub. Təhlili aparılmış sonrakı illərdə də bir çarpayı gününə düşən ərzaq xərci rayonlar üzrə müxtəlif olub.

Bundan başqa, dərman xərci proqnozlaşdırılarkən rayonlar üzrə çarpayıların və çarpayı günlərinin nəzərə alınmaması nəticəsində bir çarpayı gününə düşən dərman xərci də müxtəlif olub. Belə ki, 2013-cü ildə bu göstərici Ağcabədi rayonu üzrə rayonu üzrə 1,87 manat, Goranboy rayonu üzrə 0,87 manat, Sabirabad rayonu üzrə 2,30 manat, Kürdəmir rayonu üzrə 0,6 manat, Ağsu rayonu üzrə 0,32 manat, Neftçala rayonu üzrə 1,01 manat, Masallı rayonu üzrə 1,32 manat, Xaçmaz rayonu üzrə 0,52 manat, Şəki şəhəri üzrə 0,45 manat, Şəmkir rayonu üzrə 6,97 manat, Tərtər rayonu üzrə 0,90 manat olub. Təhlili aparılmış sonrakı illərdə də bir çarpayı gününə düşən dərman xərci rayonlar üzrə müxtəlif olub.

Eyni zamanda "Səhiyyə" bölməsi üzrə rayon və şəhərlər üçün nəzərdə tutulan dərman və ərzaq xərclərinin struktur bölmələri arasında bölüşdürülməsi və icrası zamanı da müvafiq uyğunsuzluqlara yol verilib, xərclərin çarpayı günlərinin sayına müvafiq olaraq mütənasib bölgüsü təmin edilməyib.
Analitik təhlilin nəticələri müvafiq tədbirlərin həyata keçirilməsi üçün Səhiyyə Nazirliyinə göndərilib. Səhiyyə Nazirliyinin cavab cavab məktubunda islahatların 49 rayon və şəhərdə başa çatdırılaraq 30 600 çarpayının ixtisar edildiyi və islahatların digər rayon və şəhərlərdə davam etdiyi, yeni ərzaq normativlərinin hazırlandığı, respublikanın səhiyyə müəssisələrinin dərman və sarğı vasitələri ilə təminatının 2015-ci ildən, ərzaq təminatının isə 2017-ci ildən mərkəzləşdirilmiş qaydada həyata keçirildiyi bildirilib.
Hesabat Milli Məclisin aprelin 14-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol