"OO" seriyalı nömrələr satışda: 7 mindən 170 minə qədər - QİYMƏTLƏR

Azərbaycanda bahalı avtomobil nömrələri satışa çıxarılıb.
"ANN" baku.ws-ə istinadən xəbər verir ki, avtomobil sahiblərinin daha çox maraq göstərdiyi "OO" seriyalı nömrələrin qiyməti isə həddindən artıq bahadır.
Avtomobil saytlarında müştərilərə təklif olunan dövlət nömrə nişanları 7 min AZN-lə 170 min AZN arasında dəyişir.
Qeyd edək ki, Azərbaycanda bu cür bahalı nömrələrə tələbat yüksəkdir. Əlində bahalı avtomobil nömrəsi olan şəxslər istədikləri məbləğə yaxın qiymət təklif olunduğu təqdirdə satışı həyata keçirir. Təklif olunan nömrələrin qiyməti dəbdəbəli malikanə almağa belə kifayət edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























