• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Telekom yeni layihəyə start verir

Azercell Telekom yeni layihəyə start verir
11.04.2017 11:35
Əlinə kitab alıb otağın bir küncündə yerini rahatlayıb oxuyan insanların sayı get-gedə azalır. Buna səbəb vaxt çatışmazlığı, üstündə kitab daşımaq həvəsinin olmaması, yorğunluq və digər amillər ola bilir. Digər tərəfdən də, yeni texnologiyalar, müasir cihazlar, ən əsası isə İnternet həyatımıza elə sürətlə daxil olub təməl salır ki, köhnə faydalı vərdişlərə artıq vaxt qalmır. Odur ki, bütün bu məqamları nəzərə alaraq, Azercell Telekom mütaliə sevərlər üçün yeni bir layihəyə başlayır. "Gənclər kitab oxuyur” adlı yeni layihə çərçivəsində oxu günləri təşkil ediləcək. Layihə gənclər arasında mütaliə mədəniyyətini artırmaq, yerli müəlliflərimizi tanıtmaq, eləcə də dinamik həyatımızda intellektual istirahət imkanı təqdim etməyi qarşısına məqsəd qoyur.
 
Oxu günlərində Azercellin 2 il bundan əvvəl istifadəyə verdiyi Bookmate tətbiqinə daxil etdiyi əsərlər gənc qiraətçilər tərəfindən "Starbucks Azerbaijan”nın Gənclik Mall-da yerləşən kafesində oxunacaq. Qeyd edək ki, qiraətçilər öncədən gənclər arasında müsabiqə yolu ilə seçiləcəklər. Müsabiqənin şərtlərinə dair ətraflı məlumat Azercell-in rəsmi Facebook səhifəsində yerləşdiriləcək.

Məlumat üçün bildirək ki, Azercell ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra layihələr həyata keçirib. 2015-ci ildə təqdim edilən Bookmate əlavəsi sayəsində bütün Azercell abunəçiləri Azərbaycan, rus, ingilis, türk və onlarla əcnəbi dildə məhdudiyyətsiz kitab oxuya bilirlər. Azercell-in təqdim etdiyi mobil kitabxanada 690 000-dən artıq kitaba çıxış təmin olunub.

Beləliklə, "Gənclər kitab oxuyur” layihəsinin qiraətçilərindən biri olmaq istəyirsinizsə, Azercell-in rəsmi Facebook səhifəsini izləyin, müsabiqəyə qatılın və layihənin gedişatından daim xəbərdar olun!

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol