• $
  • €
  • ₽
  • ₺
  • £

Tibb işçilərinində əmək haqları artırıldı

Tibb işçilərinində əmək haqları artırıldı
12.04.2017 10:22
Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiq olunduğu pilot ərazilərdəki tibb müəssisələrində çalışan orta və kiçik tibb işçilərinin əmək haqları artırıldı.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Agentliyin tabeliyinə verilmiş tibb müəssisələrinin yeni prinsiplərlə maliyyələşməsi ilə əlaqədar olaraq "Pilot layihə çərçivəsində orta və kiçik tibb işçilərinin (heyətinin) əmək haqlarına əlavələrin hesablanması və ödənilməsi” qaydalarını təsdiq edib. Bu Qaydalar orta və kiçik tibb işçilərinin mövcud əmək haqlarına əlavələrin verilməsi qaydasını müəyyən edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi orta və kiçik tibb işçilərinin Prezidentin sərəncamları, qərarları, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarla tənzimlənən mövcud əmək haqlarına əlavələrin məbləğini aşağıdakı qaydada müəyyənləşdirib.

Qaydalara əsasən, Reanimasiya şöbəsinin (laborant vəzifəsində çalışan orta tibb işçiləri istisna olmaqla), Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsinin (Əməliyyatxana bölməsində Əməliyyatxana texniki vəzifəsində çalışan orta tibbi işçiləri istisna olmaqla) orta tibb işçilərinin əmək haqları 200 manat artırılıb.

Cərrahiyyə (Əməliyyatxana bölməsində çalışan orta tibb işçiləri istisna olmaqla), Terapiya, Uşaq, Ginekologiya doğum, Hemodializ, Ailə Sağlamlıq Mərkəzi şöbələri, habelə Aptek bölməsi, Statistika bölməsində tibb statistiki vəzifəsində çalışan orta tibb işçilərinin əmək haqları 150 manat yüksəldilib.

Poliklinika, Fizioterapiya, Laboratoriya, Radiologiya şöbələri, habelə Reanimasiya şöbəsində laborant vəzifəsində çalışan orta tibb işçilərinin əmək haqları 120 manat artırılıb.

Əməliyyatxana bölməsində əməliyyatxana texniki vəzifəsində çalışan orta tibb işçilərinin əmək haqları 80 manat, Tibb bacıları şöbəsinin müdiri vəzifəsində çalışan orta tibb işçisinin əmək haqqı 850 manat artırılıb, habelə müdir vəzifəsi funksiyalarının icrasına görə bu məbləğin 15% həcmində əlavə artım tətbiq olunub: "Əgər əczaçı vəzifəsində çalışan orta tibb işçisi Nazirlər Kabinetinin qərarına əsasən 165 manat məbləğində əmək haqqı alır, icbari tibbi sığorta sistemində əczaçı vəzifəsində çalışan orta tibb işçinin əməkhaqqı 150 manat artırıldıqda onun maaşı 315 manat məbləğində olacaq. Ailə Sağlamlıq Mərkəzi, Cərrahiyyə, Ginekologiya doğum, Fizioterapiya, Hemodializ, Laboratoriya, Uşaq, Poliklinika, Radiologiya, Reanimasiya, Terapiya şöbələri, habelə Aptek bölməsinin kiçik tibb işçilərinin əmək haqları 80 manat, təsərrüfat bacısı vəzifəsində çalışan kiçik tibb işçilərinin əmək haqları 130 manat artırılıb".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol