• $
  • €
  • ₽
  • ₺
  • £

BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzalayıb

BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzalayıb
12.04.2017 22:00
Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəb ilə Malayziyanın Kuala Lumpur Universiteti (UniKL) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə BANM-in rektoru və professor-müəllim heyəti, Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Roslan Abdul Rəhman UniKL-nin prorektoru Prof. Azanam Shah Hashim və Sənaye texnologiyası institutunun dekanı dosent Prof. Sairul İzvan Safie, , eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov qonaqları salamladı. O, qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanacaq müqavilənin həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini vurğuladı. Tərəflər tələbə mübadiləsi, o cümlədən elektrik mühəndisliyi və elektronika ixtisası üzrə birgə proqramın həyata keçirilməsi barədə razılığa gəldilər.

UniKL-nin prorektoru Prof. Azanam Shah Hashim öz çıxışında vurğuladı ki, Malayziya universitetinin Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrdən biri ilə əlaqələr qurması hər iki ölkənin maraqlarına cavab verir. O qeyd etdi ki, bu əlaqələri hər iki tərəf üçün perspektiv imkanlar yaradır.

Sonra BANM-lə UniKL arasında müqavilə imzalandı. Müqaviləyə əsasən müvafiq sahələrdə birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili, o cümlədən Ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol