Bakıda uşaq bağçalarının sayı artırılacaq – VİDEO

Bakıda uşaq bağçası tapmaqla bağlı yaşanan problemlər kökündən həll edilir.
ANN.Az Xəzər TV-yə istinadən xəbər verir ki, artıq şəhərin hər yerində uşaq bağçaları olacaq. Prezidentin tapşırığına əsasən, yeni tikilən hündürmərtəbəli binaların birinci mərtəbəsi dövlətə məxsus olan uşaq bağçası kimi istifadə ediləcək.
Millət vəkili Bəxtiyar Əliyev bildirir ki, hazırda bir çox valideyn uşaq bağçası tapmaqda çətinlik çəkir ki, bu üsulla da problemi tam həll etmək mümkündür.
Hətta paytaxtın 1-ci mikrorayon ərazisində inşa ediləcək 75 yeni tikilinin hər birinin birinci mərtəbəsi uşaq bağçası kimi fəaliyyət göstərəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























