Azərbaycanda pestisid fabriki nə vaxt işə düşəcək?

Pestisid fabrikinin tikintisi üzrə işlər avqust ayında başa çatacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə "Gilan Holdinq”in "Aqrokimya Azərbaycan” MMC-nin texniki direktoru Əli Arman Kabakçıoğlu deyib.
O bildirib ki, fabrikin illik istehsalat gücü 9 min ton təşkil edəcək: "İlkin mərhələdə istehsal olunan məhsul daxili tələbatı ödəyəcək, daha sonra pestisidlərin ixrac olunması başlayacaq”.
Ə.A.Kabakçıoğlu qeyd edib ki, fabrikin tikintisinə 2016-cı ilin yanvarında başlanılıb. Onun sözlərinə görə, fabrikdə işçilərin sayı 150 nəfər təşkil edəcək. Layihənin reallaşdırılması üçün 15 milyon dollara yaxın investisiya qoyulub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























