Ombudsmanın əməkdaşları FHN-in hərbi hissəsinə başçəkmə keçiriblər

Ombudsman Aparatının əməkdaşları Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Qubada yerləşən "N” saylı hərbi hissəsinə başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Aparatın əməkdaşları şəxsi heyətin məişət şəraiti ilə tanış olub, hüquqi maarifləndirmə işi aparıblar.
Ombudsmanın nümayəndələri tərəfindən hərbi hissənin bütün obyektlərinə, əsgər yataqxanasına, yeməkxanaya, mətbəxə, tibb məntəqəsinə, görüş yerinə, məişət otaqlarına, ümumi əraziyə baxış keçirilib, hərbi qulluqçuların məişət şəraiti öyrənilib.
Hərbi qulluqçuların hüquqlarının təmin olunması vəziyyəti, rəftar, qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan iş müsbət qiymətləndirilib.
Aparatın əməkdaşları tərəfindən suallar cavablandırılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























