• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan telekanalında maaş qalmaqalı

Azərbaycan telekanalında maaş qalmaqalı
13.04.2017 22:40
Bu mövsümdən Topaz Premyer Liqasının yayım hüququna sahiblənən "CBC Sport” kanalı ölkənin ən məhşur şərhçiləri ilə də əməkdaşlığa başlamışdı.

ANN.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, tezliklə böyük kollektiv yığan kanalda qışdan bəri maddi problemlər yaşanmağa başlayıb. Artıq telekanalda çox az sayda şərhçi qalıb.

Orada çalışan işçilərin çoxu "CBC Sport”dakı vəziyyətdən narahatdır. 3 aydır maaş üzünə həsrət qalan əməkdaşlar yavaş-yavaş telekanaldan ayrılmaq istəyinə düşüblər. 

Qeyd edilir ki, bir neçə aydır işçilərə təklif edilən pulsuz nahar yeməkləri də ləğv edilib.

Hətta əməkdaşlar arasında gəzən söz-söhbətə görə, kanal rəhbərliyi Premyer Liqa və Azərbaycan Kubokunun final oyunu bitdikdən sonra operatorları öz hesablarına məzuniyyətə göndərmək niyyətindədir. Bununla bağlı təkliflər də hazırlanıb.

Məsələ ilə bağlı "CBC Sport”un baş direktoru Volkan Üst açıqlamasında bunları deyib:

"Yazılanlar və deyilənlər həqiqəti əks etdirmir. Maddi durumumuzda şişirdiləcək qədər problemlər yoxdur”.

Xatırladaq ki, Volkan Üst daha öncə verdiyi müsahibəsində kanalın icarəyə götürdüyü 2 PTS-dən birini Türkiyəyə geri göndərdiklərini bildirmişdi:

"O PTS-i göndərdiyimiz üçün bəzi işçilərimizlə yollarımız ayrıldı. Bu işdən çıxarılma kimi görünsə də, əslində, işimiz üçün etdiyimiz dəyişikliklərdir. Şirkət olaraq hər şey öz yerindədir. Sadəcə, iqtisadi tədbirlərimizi davam etdiririk”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol