• $
  • €
  • ₽
  • ₺
  • £

Hamilələrə şad xəbər

Hamilələrə şad xəbər
13.04.2017 18:42
Azərbaycanda ilk dəfə olaraq, ana bətnində olan döllərdə irsi xəstəliklərin diaqnostikası üçün ən yeni texnologiya tətbiq ediləcək.

Trend-in məlumatına görə, bunu bu gün "Perinatal diaqnostikada yeni texnologiyalar” layihəsinin təqdimatına həsr olunan Azərbaycan və Türkiyə həkimlərinin birgə konfransında Türkiyənin Genetik Xəstəliklərin Diaqnostikası Mərkəzinin (GENOKS) Azərbaycan üzrə rəsmi təmsilçisi Ersadiq Turan bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda ana bətnindəki döllə bağlı hər hansı narahatlıq olduqda ananın bətninə iynə batırılır və döldən nümunə götürülür: "Amma bunun bəzi riskləri var. Uşağın düşmə, infeksiya keçmə riski var".

E.Turan deyib ki, irsi xəstəliklərin yeni diaqnostikası NİFTY testi vasitəsilə aparılacaq. Bu test 19 genetik parametr üzrə genetik xəstəliyi analiz etməyə imkan verir: "Bu zaman ananın venasından qan götürülür, döllə ananın qanı tutuşdurulur və uşağın xromosomlarına baxılır. Nətəcidə də müəyyən edilir ki, dölün hər hansı sıxıntısı var, ya yox".

O bildirib ki, NİFTY uşaqda genetik riskləri təyin edən, etibarlı, sürətli və maksimum müsbət faizə sahib olan testdir. Perinatal diaqnostika əsasən doğulmamış döldəki irsi xəstəlikləri və inkişaf qüsurlarını müəyyənləşdirir, nəticədə dünyaya daha sağlam uşaqlar gəlir.

E.Turan qeyd edib ki, hazırda ana bətnindəki döldə olan bəzi irsi xəstəliklərin müəyyənləşdirilməsi üçün anadan götürülən nümunələr xaricə göndərilir və test orada həyata keçirilir. Amma bu yeni texnologiya həmin xəstəliklər üzrə də müayinələrin ölkədə aparılmasına imkan verəcək.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol