• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda mənzillərə istilik verilməməsinin səbəbi məlum oldu

Bakıda mənzillərə istilik verilməməsinin səbəbi məlum oldu
14.04.2017 11:30
Bakının Suraxanı, Xətai və digər rayonlarında yaşayış binalarının istilik təchizatı ilə bağlı məhdudiyyətlər var.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Müştərilərə xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev bildirib ki, mənzillərə verilən istilik sisteminin dayandırılmasına səbəb "Azəriqaz" İstehsalat Birliyinin xəbərdarlığıdır:

"Binaların istilik təchizatı mövsümə uyğun olaraq aprelin 15-dən dayandırılmalıdır. Lakin bəzi ərazilərdə qaz xəttində təmir işləri getdiyindən "Azəriqaz" bu barədə bizə xəbərdarlıq edib. Bu məqsədlə də bəzi ərazilərdə istilik sistemi dayandırılıb. Amma qaz olan ərazilərdə mənzillərə istilik verilir".

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev də Trend-ə faktı təstiqləyib. Bildirib ki, qaz xəttində baş vermiş qəza ilə əlaqədar bəzi ərazilərə qazın verilişində məhdudiyyətlər olduğundan həmin ərazilərdə mənzillərin istilik təchizatında da problemlər yaranıb: "Problem qısa müddətdə aradan qaldırılacaq və istilik sisteminin fəaliyyəti bərpa olunacaq".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol