Dünyanın ən təhlükəsiz şəhərinin adı açıqlanıb - SİYAHI

2017-ci ildə dünyanın ən təhlükəsiz ölkəsi Finlandiya olub. 136 ölkənin daxil olduğu reytinq siyahısına Finlandiya rəhbərlik edir.
ANN-in Lenta.ru-ya istinadla verdiyi xəbərə görə, İsveçrənin qeyri-hökumət təşkilatı - Ümumdünya İqtisadi Forumunun (ÜİF) ekspertləri bu qənaətə gəliblər. Finlandiya, həmçinin 2016-cı ilin oktyabrında da dərc edilmiş bənzər siyahıda da lider olub.
İkinci yerdə Birləşmiş Ərəb Əmirlikləri durur. Üçlüyə İslandiya yekun vurur. Reytinqin ilk onluğuna Oman, Honkonq, Sinqapur, Norveç, İsveçrə, Ruanda və Qətər daxildir.
Reytinq tərtib edilərkən, xüsusən cinayətkarlıq və terrorizmlə bağlı vəziyyət, eləcə də hərbi münaqişələr nəzərə alınıb. ÜİF Kolumbiyanı isə dünyanın ən təhlükəli ölkəsi kimi tanıyıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























