İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı

Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi minik avtomobili ilə gələn Azərbaycan vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, kinoloji xidmət itinin reaksiyasına əsasən, avtomobilə baxış keçirilib.
Baxış zamanı, həmin nəqliyyat vasitəsinin mühərrikinin aşağı hissəsində, zavod konstruksyasında nəzərdə tutulmamış, sonradan mühərrikə əlavə olaraq bərkidilmiş starterin içərisində, gömrük nəzarətindən gizlədilmiş iki ədəd bağlamada olmaqla, ümumi xalis çəkisi 1695 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib