• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Qazax yolunda 30 km-ə 10 radar

Bakı-Qazax yolunda 30 km-ə 10 radar
15.04.2017 17:42
Gürcüstandan Bakıda istiqamətdə "Qırmızı körpü” deyilən ərazidən gələrkən yolda 30 km-ə 10 radar quraşdırılıb.
 
 
Bizimxeber.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə sürüclərdən biri maraqlı video paylaşıb. Belə ki, Bakıdan Qazax istiqamətində hərəkət edən sürücü yoldakı radarları saymağı qərara alıb. Nəticədə təxminən hər 3 km məsafəyə 1 radarın düşdüyü ortaya çıxıb.
 
 
Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov radarların neçə km-dən bir qoyulmasının konkret məsafəsi olmadığını bildirib.
 
 
"Radarlar istənilən yerdə hətta 100 metrdən bir də quraşdırıla bilər. Sürücü yolda radarların olmasından niyə narahat olmalıdır ki? Bəlkə heç yolda radar yoxdu. Sən qaydalara əməl et. Yanaşma bu cür olmalıdır. Bizdə radarlarla bağlı çox yanlış yanaşmalar var. Elə bilirlər ki, yola radar quraşdırıblar ki, kimisə güllələyələr. Radarları sürücülər sürət rejimini pozmasın, qəzalar baş verməsin deyə quraşdırıblar. Çünki baş verən qəzaların böyük əksəriyyəti sürücülər sürət həddini aşdığı üçün baş verir. İndi düzdü kimlərsə ondan başqa məqsəd üçün istifadə edirsə bu tamam başqa bir söhbətin mövzusudur.
 
Konkret olaraq desək yolda radarın hansı məsafədən bir qoyulmasına dair heç bir meyar yoxdur. Bu heç kimi narahat etməməlidir. Siz qaydalara riayət edin. Harda radarın olub olmaması sizi narahat etməsin”, – deyə Ərşad Hüseynov bildirib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol