• $
  • €
  • ₽
  • ₺
  • £

"At, eşşək ətinə o qədər ədviyyat vururlar ki…"

"At, eşşək ətinə o qədər ədviyyat vururlar ki…"
17.04.2017 19:19
Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi bu günlərdə çıxıb dedi ki, it, at, eşşək, ulaq əti də yeməlidir. Ancaq bunun üçün ətin adı deyilməlidir. Bu açıqlama ilə qətiyyən razı deyiləm.
 
Milli.Az xəbər verir ki, bunu müsavat.com-a müsahibəsində "Azad İstehlakçılar Birliyi"nin (AİB) sədri Eyyub Hüseynov deyib. O bildirib ki, belə açıqlama verilən nazirliyin qarşısında it əti mağazası açmaq lazımdır: "Bu, biabırçılıqdır. Azərbaycanda at-eşşək ferması yaradıb guya ətini xaricə göndərən adamlar da ifşa olunmalıdır. Bu məsələ birdəfəlik Azərbaycan gündəmindən çıxmalıdır. Azərbaycan vətəndaşlarının bədəninə at-eşşək, it ətinin hormonları yaddır. Bu ətlər insan bədəninə düşəndən sonra azad radikallar yaradır, bağırsaqlarda yuva salıb vətəndaşların sağlamlıqlarına xətər yetirəcək".

E.Hüseynov deyib ki, Azərbaycanda "leş mafiya"sı var və 20 ilə yaxındır bu mafiyə ilə mübarizə aparır: "İstehlakçı hüquqlarının qorunmasına dair qanun zəifdir. Qanun deyir ki, istehlakçıya 100 manata qədər aldatmaq olar. Yəni it ətini quzu əti adı altında alıcıya sat, bunun üçün məsuliyyət yoxdur. 101 manat oldusa, məsuliyyət var. 10 ton murdar əti 3-5 kiloqram olmaq şərti ilə sata bilərsən. Qanunla bu yaramaz əmələ görə satıcının məsuliyyəti yoxdur. Cərimə də elədir ki, onu asanlıqla ödəyə bilirlər.

Şanlı İqtisadiyyat Nazirliyi guya məqsədyönlü siyasət aparır. Cənab prezident fərman imzalayıb ki, sahibkarlara toxunmaq olmaz. 2 il əvvəl həmin fərmanda nəzərdə tutulurdu ki, qiymətlər aşağı düşəcək, məmurlar rüşvət almayacaqlar. Qiymətlər göz qabağındadır, məmurlar da gizli yoxlamalar aparmaqda davam edirlər. Əksinə, məmurlar sahibkarları himayə etməli fərmandan öz şəxsi maraqlarını təmin etmək üçün həmin o sahibkara qarşı istifadə edirlər. Gizli yoxlamalar aparırlar. Digər tərəfdən də bazarda zir-zibil məhsulların, murdar ətlərin piştaxtalara çıxmasına şərait yaradırlar.

Dövlət qurumlarının əməli dəstəyi olmasa, vəziyyət belə də davam edəcək. Tələb varsa, təklif də olacaq. Azərbaycanlılar özləri də bilmədən it, at, ulaq, eşşək, ölmüş heyvanların ətini yeməkdə davam edəcəklər. Bunu uşaq baxçalarında uşaqlara, restoranlarda qonaqlara, kafelərdə müştərilərə yedizdirəcəklər. Bazar-dükanlardan vətəndaş belə ətləri ən müxtəlif şəkildə - farş, kolbasa, sosiska şəkilində alacaq. Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi deyəndə ki, it ətini də satmaq olar, vəziyyət dəyişməyəcək. Əlbəttə ki, bu açıqlama belə ətlərin satışına "yaşıl işıq" yandırmaqdır.

Ətlərə xüsusi dadlandırıcılar vurulur, belə ətləri emal edib piştaxtaya çıxarırlar. Sadə alıcı həmin ətin ümumi görünüşünü mal ətindən ayıra bilməz. Kolbasa və digər ət məhsullarının tərkibində isə ümumiyyətlə hiss etməz. Çünki o qədər dadlandırıcı, ədviyyat vurulur ki...

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol