• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "121 min hektar sahənin təyinatı dəyişəcək"

Nazir: "121 min hektar sahənin təyinatı  dəyişəcək"
17.04.2017 20:42
"Azərtoxum" ASC ölkədə toxumçuluğun təchizatında çox mühüm rol oynayan şirkətdir. Bizim maddi-texniki bazamız imkan verir ki, 30 min hektar ərazidə səpin işləri aparaq".

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu "Qeyri-neft ixracatçılarının respublika müşavirəsi"ndə şirkətin ictaçı direktoru Məzahir Qasımov deyib.

O bildirib ki, "Azərtoxum" hazırda 10 min hektar ərazidə toxumluq arpa və buğda səpini, 2 min hektar sahədə qarğıdalı əkini həyata keçirib: "Amma bizim imkanımız var ki, 30 min hektar ərazidə əkin-biçin aparaq. Bizim 60 min ton məhsulu saxlamaq gücündə olan anbarımız var. İki il öncə Şəmkir rayonunda Ceyrançöl deyilən ərazidə 5 min hektar ərazi bizim üçün ayrılıb. Biz Gürcstandan 6 km uzunluğunda 500 mm diametrlik su kəməri çəkmişik. Bundan başqa, Şəmkir su anbarından 17 km uzunluğunda 1200 mm diametrlik su kəməri çəkilib.

 Lakin o torpaq qışlaq təyinatlı olduğuna görə, biz o sahədən səmərəli istifadə edə bilmirik. Həmin torpaqların qış otlaq sahəsi olmasına baxmayaraq, o torpaqlarda 1 baş belə mal-qara yoxdur. Xahiş edirəm ki, bu məsələ aidiyyəti qurumlar tərəfindən nəzərə alınsın və problem həlli tapsın".
 
Sahibkara cavab olaraq kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı torpaqlarının təyinatının dəyişdirilməsi ilə bağlı çox ciddi tapşırıq verib. Bununla belə nazir bildirib ki, torpaqların təyinatının dəyişdirilməsi zamanı balans gözlənilməlidir: "Biz bu il ərzində 121 min hektar sahənin təyinatının dəyişdirilməsi ilə bağlı vəsatət qaldırmışıq. Sizin müəssisənin maddi-texniki bazasına bələdəm. Hətta toxumçuluğun inkişafı üçün kənd təsərrüfatı strukturuna daxil olan torpaq sahələrindən bir neçə min hektar sahə müvəqqəti olaraq sizin istifadənizə verilib. Hazırda əsas məsələ örüş və ot sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı deyil. Biz balansı gözləməliyik. Çünki hazırda mövcud olan örüş və otlaq sahələri heyvandarlığın tələbatının 75%-ini təmin edir. Kütləvi sürətdə örüş-otlaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi bu problemi qloballaşdıra bilər. Ona görə də mütləq həmin əraziyə baxış keçirilməlidir. Amma düşünürəm ki, bu məsələ həll oluna bilər",- deyə nazir vurğulayıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol