• $
  • €
  • ₽
  • ₺
  • £

"ANS"in "kitabı birdəfəlik bağlandı"

"ANS"in "kitabı birdəfəlik bağlandı"
17.04.2017 15:43
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ötən il lisenziyası dayandırılan "ANS” telekanalı rəhbərliyinin Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etməsi məsələsinə münasibət bildirib.

MTRŞ sədri "deyib ki, bu məsələ "ANS” rəhbərliyinin şəxsi işidir: "Bu məsələnin bizə aidiyyəti yoxdur. Hər bir fiziki və hüquqi şəxs öz hüquqlarını müdafiə etməlidir. Bu məsələ də onların öz işidir”. 

N. Məhərrəmli həmçinin qeyd edib ki, Azərbaycanda kabel televiziya yayımı ilə bağlı lazımı işlər aparılır: "Bilirsiz ki, yaxın vaxtlarda "Kabel televiziyası haqqında” qanun layihəsinə baxılacaq. Daha sonar isə kabel televiziyası ilə bağlı müəyyən müddəalar sərtləşdiriləcək. Nəticədə isə bu məsələ daha ciddi şəkildə öz həllini tapacaq”. 

MTRŞ sədri vurğulayıb ki, hazırda Azərbaycanda kabel telelviziyaları lisenziyalar əsasında fəaliyyət göstərir: 

"Ancaq "İP” televiziya kanalları da eyni formada olmalıdır. Çünki "İP TV”-lər də kabel televiziyasının bir növüdür. Onlar da lisenziyalar əsasında fəaliyyət göstərəcək”. 

Azərbaycanda milli teleserialların çəkilməsi məsələsinə də toxunan N.Məhərrəmli bildirib ki, teleserialların çəkilməsi üçün dövlət tərəfindən iki dəfə birdəfəlik maliyyə yardımı həyata keçirilib:

"Ancaq bu sektor çalışmalıdır ki, özü özünü maliyyə vəsaiti ilə təmin etsin. Bunun üçün də filmlər maraqlı çəkilməlidir. Açığı deyim ki, bu sahədə müəyyən irəliləyiş var. Hazırda "ATV”, "Xəzər TV” və digər televiziya kanallarında yerli teleseriallar çəkilir. Mənə də deyirlər ki, həmin teleseriallara baxanların sayı artır. Ancaq hələ də görüləsi işlər çoxdur”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol