• $
  • €
  • ₽
  • ₺
  • £

Ziya Məmmədova həbs təhlükəsi

Ziya Məmmədova həbs təhlükəsi
17.04.2017 16:45
Fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədov mediaya "dincəlirəm” kimi açıqlamalar verdikdən sonra bir müddətdir ki, səs-səmiri çıxmır. İşdən azad olunduqdan sonra guya yenidən hansısa vəzifələrə təyin ediləcəyi barədə Məmmədovların mediaya sızdırdıqları xəbərlər də təsdiqlənmədi.

Medianws.az musavat.com-a istinadən xəbər verir ki, əksinə, indi gələn xəbərlərdən məlum olur ki, Məmmədovlar hakimiyyətdəki etimadlarını birdəfəlik itiriblər, illərdi topladıqları sərvətləri, "topdağıtmaz” "Garant” Holdinqi belə itirmək təhlükəsi ilə üzləşiblər. Məlumdur ki, Z.Məmmədovun oğlu Anar Məmmədov rəhbərlik etdiyi "Garant” Holdinq "PAŞA Bank” ASC-dən götürdüyü 1 milyon 141 min manat borca görə məhkəməyə çəkilib, oğlul Məmmədovun bir neçə əmlakına, o cümlədən "Milyonerlər məhəlləsi” kimi tanınan Məmməd Araz küçəsindəki mülklərinə həbs qoyulmuşdu. Sabiq nazir "bu işdən xəbərsizəm” desə də, həbs xəbərləri təsdiqləndi. O da məlum oldu ki, hazırda Londonda yaşayan və Bakıya hansısa səbəblərdən gələ bilməyən A.Məmmədov banka borcu ödəyib.

Əlbəttə ki, 15 il nazir işləmiş Z.Məmmədov və vaxtilə hüdudsuz imkanlara malik oğlu A.Məmmədov üçün 1 milyon "tum pulu” hesab oluna bilər. Amma yeni xəbərlər o istiqamətdədir ki, Məmmədovlar kredit götürdükləri pulu qaytarmaqla qurtulmuş hesab oluna bilməzlər. Xəbərlər var ki, Məmmədovlar hələ 3 il əvvəldən açılışı olmalı Heydər Əliyev Mərkəzi yaxınlığındakı "yelkən-hotel”i belə itirmək ərəfəsindədirlər. A.Məmmədovun hakimiyyətin gözündən düşməsi məlum idi, onun ABŞ-dakı lobbi təşkilatında(Amerika-Azərbaycan Alyansı) külli-miqdarda maliyyə maxanasiyasına yol verdiyini Amerika qəzetləri də yazmışdı. Bakıda Azərbaycan Qolf Federasiyası prezidentliyindən uzaqlaşdırılan A.Məmmədov Donald Trampın prezident seçilməsi ilə "dirçəldi”.

O, mediada Trampla yaxınlığı barədə piar-kampaniyaya start verdi. Belə rəy yaradıldı ki, Məmmədovlarsız Amerikanın yeni administrasiyası ilə əməkdaşlıq mümkün olmayacaq. Bu təbliğata hələ o vaxt nazir işləyən Z.Məmmədov da şəxsən qoşuldu, "Trampla işbirliyimiz var” dedi. Amma bu yanlış piar Məmmədovların sonunu tezləşdirdi, hakimiyyət onlara "boy göstərən” Məmmədovlarla yollarını birdəfəlik ayırmağa qərar verdi. Fəqət bu da son deyil. Xəbərlər var ki, Məmmədovların həbs təhlükəsi də realdır. Buna səbəb isə amerikalı senatorların "Trump Organization” təşkilatının Azərbaycanda Məmmədovlarla işbirliyinin şübhəli məqamları barədə araşdırma tələb etməsidir. ABŞ mətbuatında da ötən ay bu haqda yazılar dərc olunub. Təfərrüata varmadan qeyd edək ki, yazıda Məmmədovlara o qədər ciddi ittiham var ki, bunları hakimiyyət araşdırarsa, onların qapıları uzun müddətə bağlanmış olar. Etibarlı mənbənin bir xəbərinə görə isə Məmmədovlar Azərbaycandakı bütün əmlaklarını-hotellərdən tutmuş restoranlaradək satmaq niyyətindədirlər. "Onlar indən sonra Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüzlüyünü anlayıblar” deyə, mənbə bildirib. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol