• $
  • €
  • ₽
  • ₺
  • £

Sakinlərindən prezidentə təşəkkür

Sakinlərindən prezidentə təşəkkür
17.04.2017 22:13
"Sovetski” sakinləri Hacı Cavad məscidinin sökülməsinə qarşı çıxdığı üçün Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.

"Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident.

Biz, Bakı şəhərinin keçmiş "Sovetski” adlanan məhəlləsinin bir qrup sakini Sizi dərin ehtiramla salamlayır, Zati-alinizə ən xoş arzularımızı yetiririk.

Nəzər-diqqətinizə çatdırmaq istərdik ki, Zati-alinizin Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi işinin dayandırılması və bunun ətrafında yaranan vəziyyəti araşdırmaq üçün komissiya yaradılması ilə bağlı tapşırıq verməsi dindarlar tərəfindən minnətdarlıqla qarşılandı. Göstərişinizlə yaradılan komissiyanın üzvləri bizimlə görüş zamanı bildirdilər ki, Sizin verəcəyiniz qərara uyğun olaraq məscid ya bərpa olunacaq, ya da ona yaxın ərazidə yenisi inşa ediləcək.

Zati-aliləri, diqqətinizə görə Sizə dərin təşəkkürlərimizi bildirir və Hacı Cavad məscidi ilə bağlı verəcəyiniz qərarın hər zamankı kimi, müdrik, humanist və xalqımız üçün xeyirlərə vəsilə olacağına əminliyimizi ifadə edirik.

Ali diqqətinizə çatdırmaq istərdik ki, Hacı Cavad məscidinin ibadət əhli hər zaman dövlətçiliyimizə sədaqətli, qanunlarımıza hörmət edən insanlardır. Birmənalı şəkildə bildiririk ki, Hacı Cavad məscidi ilə bağlı məsələdə qarşıdurma yaratmaq istəyənlər məscidimizdə namaz qılan, ibadət edən məhəllə sakinləri sırasından deyil. Bu, Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilməsi ərəfəsində müqəddəs dini dəyərlərimizi böyük ehtiramla həyata keçirilən misilsiz işlərə kölgə salmaq niyyətində olan daxili və xarici dairələrin təxribatından başqa bir şey deyildir. Müstəqil dövlətimizin uğurlarını gözü götürməyən bədxah dairələrin cidd-cəhdləri heç zaman bəhrə verməz, inşallah!

Biz, dindarlar Azərbaycanda, o cümlədən paytaxtımız Bakı şəhərində gedən genişmiqyaslı tikinti, yenidənqurma işlərini xalqımızın rifahı və daha rahat, müasir dövrün tələblərinə cavab verən səviyyədə yaşayışına xidmət edən tədbirlər kimi yüksək dəyərləndirir, nəfis şəkildə inşa olunan, böyük qayğı və məhəbbətlə bərpa edilən dini ibadət məkanlarına görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ümummilli liderimiz Heydər Əliyevin Bibiheybətdən başlatdığı mənəvi dəyərlərin dirçəldilməsi missiyasını ləyaqətlə davam etdirən Zati-alinizə, həmçinin dini-mənəvi abidələrə himayəsini əsirgəməyən ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya dindarların dərin minnətdarlıqlarını və ehtiramlarını yetiririk.

Zati-aliləri, Sizin rəhbərliyinizlə Azərbaycanın dünyada artan nüfuzu, iqtisadi, siyasi sahədə uğurlarımız, mənəvi liderliyimiz hər bir azərbaycanlı kimi bizim üçün olduqca dəyərlidir. Azərbaycan xalqının tarixi, milli-mədəni, dini-mənəvi irsinin dirçəlişinə göstərdiyiniz diqqət, maddi və mədəni yardım Uca Allaha xoş gedən məqamlardandır. Ölkəmizin hər yerində gedən quruculuq işlərinin miqyası və yüksək səviyyəsi bizləri sevindirir və biz bunları ürəkdən bəyənirik.

Möhtərəm cənab Prezident, biz hər zaman dualar edirik ki, Vətənimizin taleyinə Zati-aliniz kimi müdrik, mənəvi dəyərlərə önəm verən, bizlərə həyatın bütün sahələrində fəxarət doğuran anlar yaşadan dövlət başçısı qismət olmuşdur. Sizin hər zaman xüsusi önəm verdiyiniz multikulturalizm və İslam həmrəyliyi ideyalarının dünyaya məhz Vətənimiz Azərbaycandan təbliğ olunmasından böyük qurur duyuruq.

Biz, bakı şəhərinin keçmiş "Sovetski” adlanan məhəlləsinin sakinləri adından bir daha Zatı-alinizə dərin ehtiramımızı bildirir, Vətənimiz, dövlətimiz üçün dəyərli olan uğurlu fəaliyyətinizə Allah-Təaladan rəvac diləyirik”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol