• $
  • €
  • ₽
  • ₺
  • £

Şagirdlər ən çox bu xəstəliklərdən əziyyət çəkir

Şagirdlər ən çox bu xəstəliklərdən əziyyət çəkir
18.04.2017 21:00
"Azərbaycan məktəblərində şagirdlərin ən çox əziyyət çəkdiyi bir neçə xəstəlik var. Bunun da qarşısı profilaktik tədbirlər vasitəsilə alına bilər”.

ANN.Az Report-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və İT şöbəsinin sektor müdiri Tural Qulu deyib.

Onun sözlərinə görə, bu problemlərə qamətin pozulması, skalioz, kifoz, lordoz, görmə problemləri, həzm və sinir sistemi xəstəlikləri aiddir:

"Sağlam siniflər vasitəsilə bu problemlərin qarşısını almaq üçün tədbirlər nəzərdə tutulur. Misal olaraq, sinif otaqlarında oturacaqların düzgün seçilməsi uşaqların qamətinin düzgün formalaşdırılması üçün önəmlidir. Müəllimlərin bu işə ciddi nəzarəti lazımdır. Vaxtaşırı uşaqların əllərini yuması gigiyenik baxımdan olduqca önəmlidir. Fasilələrdə idman hərəkətləri etmək, yarışlar təşkil etmək, göz əzələlərini inkişaf etdirmək onların qarşılaşdığı xəstəliklərin profilaktikası üçün vacibdir”.

T.Qulu qeyd edib ki, sağlam təhsil üçün görüləcək işlər çoxdur:

"Bu işlərə oturaq həyat tərzinin azaldılması, düzgün və sağlam qidaların təbliği və s. aiddir. Uşaqların sağlamlığının qorunması dövlətin əsas prioritetlərindən biridir. Agentlik də icbari tibbi sığortaya keçəndə 18 yaşından aşağı uşaqların icbari sığorta haqqından azad olacağı ilə bağlı qərar qəbul etdi. Onların sığorta haqlarının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulub”.

Təhsil nazirinin müşaviri Həsən Həsənli isə çıxışında qeyd edib ki, araşdırmalar belə qənaətə gəlməyə əsas verir ki, təhsil müəssisəsində gigiyenik tələblər gözlənilərsə, sağlam, psixoloji sosial mühit yaradılarsa, uşağı fiziki və psixoloji vəziyyəti nəzərə alınarsa, təhsil keyfiyyəti də yüksək olar: "Qamət pozuntusu, görmə ilə bağlı problemlərdə və digər fiziki inkişaf göstəriciləri üzrə artıq tətbiq edilən yanaşmalar uğurlu nəticələr verir. Eyni zamanda, psixoloji-sosioloji və təhsil üzrə parametrlərdə də müsbət dinamika müşahidə olunur”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol