• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbə qəbulu planının qəbulu ilə bağlı yenilik

Tələbə qəbulu planının qəbulu ilə bağlı yenilik
19.04.2017 10:04
Nazirlər Kabinetinin təhsil sahəsində səlahiyyətləri artırılıb.
 
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 9 mart 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın ləğv edilməsi ilə əlaqədardır.
 
Bununla bağlı Nazirlər Kabineti "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında”, "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” və "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” barədə qərarlarında dəyişiklik edib.
 
"Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərara əsasən Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının təqdim etdikləri təkliflər əsasında ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrinə hər tədris ili üzrə tələbə qəbulunun planı barədə təkliflərini həmin ilin aprel ayının 1-dək Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim etməli idi. Dəyişikliyə əsasən Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının təqdim etdikləri təkliflər əsasında ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrinə hər tədris ili üzrə tələbə qəbulunun planını həmin il aprelin 1-dək müəyyən edəcək.
 
"Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən Azərbaycan vətəndaşlarının rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin təklifləri və Nazirlər Kabinetinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müəyyən edilib. Dəyişikliyə əsasən Azərbaycan vətəndaşlarının rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin təklifləri əsasında Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
 
"Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı müvafiq dövlət, həmçinin ayrı-ayrı müəssisə və təşkilatların sifarişi əsasında orta ixtisas təhsili müəssisəsinin imkanları nəzərə alınmaqla, orta ixtisas təhsili müəssisələrinin və tabeliyində orta ixtisas təhsili müəssisələri olan nazirlik və təşkilatların təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müəyyənləşdirilib. Dəyişikliyə əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı müvafiq dövlət, həmçinin ayrı-ayrı müəssisə və təşkilatların sifarişi əsasında orta ixtisas təhsili müəssisəsinin imkanları nəzərə alınmaqla, orta ixtisas təhsili müəssisələrinin və tabeliyində orta ixtisas təhsili müəssisələri olan nazirlik və təşkilatların təklifləri əsasında Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol