• $
  • €
  • ₽
  • ₺
  • £

Bu peşə sahibləri sosial mənzil ala biləcəklər

Bu peşə sahibləri sosial mənzil ala biləcəklər
19.04.2017 12:40
Sosial mənzil əldə etmək üçün qeydiyyat məhdudiyyəti olmayacaq. Mənzil qanunvericiliyi yaşadığı yerindən asılı olmayaraq güzəştli şərtlərlə ev almaq hüququna malik olan və evsizlərə bu şəraiti yaradır.

ANN.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, bu zaman müraciət edənin gənc ailənin üzvü olması şərtdir. Bu da ailə sahiblərinin yaşlarını gündəmə gətirir.

Sosial evləri almaq üçün müraciət edənlərin rəsmi əmək haqları bilinməlidir, çünki iş yerindən arayış tələb edilir. Şəhid, Milli Qəhrəman ailəsi, qaçqın, fəlsəfə doktoru elmi dərəcəsi olan, ən az 5 il müəllim işləyən, 3 il dövlət qulluğunda işləyən, idman sahəsində xüsusi xidmətləri olan şəxslər, ən azı 3 il hərbi xidmətdə olan və ya 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər sosial mənzil ala bilərlər.

Lakin iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, bu kateqoriyaya daxil olan və usta, dərzi, bərbər, mühafizəçi kimi fəaliyyət göstərən peşə sahibləri də sosial mənzil almaq hüququna sahib ola bilərlər. Bir şərtlə ki, həmin şəxslərin VÖEN-i olmalıdır. Belə olan halda onların bir il ərzində nə qədər pul qazandıqlarını müəyyən etmək mümkün olacaq və aylıq ödənişlər hesablanan zaman həmin sənəd əsas götürüləcək.

Qanunvericilik qaçqınlar və məcburi köçkünlər üçün də bu mənzilləri əldə etmək hüququ verir. 

Güzəştli mənzil əldə etmək üçün qeydiyyat mayın 1-dən başlayacaq. Qaydalara uyğun olaraq məhz ilk müraciət edənlərin sorğusuna baxılacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol