• $
  • €
  • ₽
  • ₺
  • £

Seçki prosesinə mane olmağa görə cərimələr artırılır

Seçki prosesinə mane olmağa görə cərimələr artırılır
19.04.2017 14:00
Azərbaycanda seçki (referendum) ilə bağlı prosesin həyata keçirilməsinə mane olmaya görə cərimələr 20 dəfəyədək artırılır.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinin 159-cu (Seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma) maddəsinə dəyişiklik edilir.
 
Maddənin birinci bəndində (Vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma) sanksiyada "100 manatdan" cərimə "1500 manatdan 2000 manata qədər" cərimə ilə əvəzlənir.

 Maddənin ikinci bəndinin (Vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına mane olma) sanksiyasında "200 manatdan 600 manata qədər" cərimə "2000 manatdan 4000" manata qədər cərimə ilə əvəzlənir.
 
Maddənin üçüncü bəndinin (Vətəndaşı öz iradəsinə zidd səs verməyə məcburetmə və ya onun səs verməsinə mane olma) sanksiyasında isə "300 manatdan 700 manata qədər" cərimə "2500 manatdan 5000 manata qədər" cərimə ilə əvəzlənir.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol