“Rixos Quba” oteli Məmmədovların əlindən alınır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun daha bir biznes aktivi əlindən alınıb.
"ANN.AZ" Baku.Ws-ə istinadən xəbər verir ki, Məmmədovların Qubadakı "Rixos Quba” oteli də əllərindən alınıb. Artıq otelin yeni sahibinə təhvil-təslim edilməsi prosesi yekunlaşmaq üzrədir.
Otelin bu günlərdə başqa mülkiyyətçiyə keçəcəyi bildirilir.
Qeyd edək ki, ümumi sahəsi 946.565 kvadrat metr olan ərazidə tikilən "Rixos Quba Azerbaijan" golf sahəsi, xizək imkanları, rahatlıq və lüksün göz qamaştırdığı otaq, süit və villaları ilə diqqət çəkir. Restoranlar, barlar, SPA və çox daha çox məkanı özündə birləşdirən "Rixos Quba" Azərbaycanda elit və imtiyazlı təbəqə üçün xidmət göstərir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























