Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında Gürcüstan istiqamətindən "Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21070” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa və ön oturacaqlarının altından, salonundan gömrük nəzarətindən gizlədilən, üzərində Azərbaycanın aksiz markası olmayan 9000 ədəd "Marlboro” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























