• $
  • €
  • ₽
  • ₺
  • £

Nümunəvi qəbiristanlıqlar yaradılır

Nümunəvi qəbiristanlıqlar yaradılır
29.05.2020 10:11
Azərbaycanda qəbiristanlıqlar, məzar yerlərinin qiymətləri barədə yeni sənəd hazırlanıb.

ANN.Az-ın xəbərinə görə, bu barədə Modern.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Komitə sədri deyib ki,  yaxın günlərdə nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı ölkə prezidentinin ya sərəncamı olacaq, ya da sənəd qanun layihəsi şəklində Milli Məclisdə müzakirəyə çıxarılacaq.

"Bu sənəddə müxtəlif məsələlər nəzərdə tutulub. Sənədə görə, böyük yerlərdə qəbiristanlıqlar dövlətin balansında olacaq. Müəyyən yerlərdə isə, məsələn, kəndlərdə bələdiyyələrin balansına verilməsi nəzərdə tutulur. Sənəd tam hazırdır, bütün yerlərdən də rəylər alınıb. Yaxın günlərdə ya Milli Məclisdə müzakirəyə çıxarılacaq, ya da cənab prezidentin bununla bağlı sərəncamı olacaq”, - deyə deputat qeyd edib.
 
Siyavuş Novruzovun sözlərinə görə, sənəddə göstərilib ki, qəbiristanlıqlar, məzar yerləri, başdaşıları hər yerdə eyni cür və eyni qiymətə olmalıdır.

"Qiymət də elə yüksək deyil. Sənəddə nümunəvi qəbiristanlıqların idarə olunmasına, onların qorunmasına, təmiz saxlanılmasına diqqət ayrılıb. Ritualların yerinə yetirilməsi üçün qəbiristanlıqlar təhsilli şəxslərlə təmin olunacaq. Bilirsiniz ki, bu gün qəbiristanlıqlarda mollaların çoxu heç ərəb dilini bilmir”.

Deputat onu da əlavə edib ki, nümunəvi qəbiristanlıqlar bütün respublikanı əhatə edəcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol