• $
  • €
  • ₽
  • ₺
  • £

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlandı

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlandı
20.04.2017 20:33
"2014-cü ildən ümumi təklifimiz bundan ibarətdir ki, buraxılış imtahanları fənlərinin sayını artıraq. Yəqin ki, bu il və gələn il şagirdlər üçün buraxılış imtahanlarında hər hansı dəyişiklik olmayacaq. Builki qaydalar artıq məlumdur, gələn il də elə bir dəyişiklik gözlənilmir. Əsas dəyişikliklər -  fənlərin sayı və imtahanların formatı ilə bağlı dəyişikliklər yalnız hazırda kurrikulum əsasında təhsil alan və iki ildən sonra XI sinifdə oxuyacaq şagirdlərə tətbiq ediləcək”.
 

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, hazırda rus bölməsinin abituriyentləri XI sinfi bitirdikdən sonra ali məktəbə qəbul olmaq üçün öncə "Azərbaycan dili” fənnindən imtahan verirlər. Təhsil Nazirliyi tərəfindən 3 ay öncə Dövlət İmtahan Mərkəzinə təklif daxil olub ki, IX sinifdə təhsil alan rus bölməsinin şagirdləri üçün də "Azərbaycan dili” fənni buraxılış imtahanları fənlərinin siyahısına daxil edilsin. M. Abbaszadə vurğulayıb ki, hazırda bu istiqamətdə iş aparılır: "IX siniflər üzrə buraxılış imtahanlarına "Xarici dil” fənninin daxil edilməsi hələ 2014-cü ildən müzakirə edilir. Həmin ildən Təhsil Nazirliyinin təklifi əsasında "Xarici dil” fənni XI siniflər üzrə buraxılış imtahanlarına daxil olunub. O zaman nəticə xoşagələn deyildi. Ona görə də IX siniflərdə bunun tətbiqini dayandırmışdıq. Bu il Təhsil Nazirliyi tərəfindən bu təklif yenidən verilsə, biz "Xarici dil” fənnini IX siniflər üzrə buraxılış imtahanı fənlərinin sırasına daxil edəcəyik”.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol