• $
  • €
  • ₽
  • ₺
  • £

Əhaliyə verilən sudan xlor iyi gəlir - ŞİKAYƏT

Əhaliyə verilən sudan xlor iyi gəlir - ŞİKAYƏT
21.04.2017 14:50
Bakıda mənzillərə verilən suyun tərkibinə xlorun normadan artıq vurulması barədə paytaxt sakinlərindən müraciətlər var. Paytaxtın Xətai rayonu General Əliağa Şıxlinski küçəsində və Suraxanı rayonu, Bülbülə qəsəbəsində, Sabunçu rayonunun qəsəbələrində və digər yerlərdə yaşayanlar deyirlər ki, sudan tez-tez kəskin xlor iyi gəldiyinə görə ondan yemək bişirmək və içmək, çay qaynatmaq üçün istifadə edə bilmirlər.

Milli.Az xəbər verir ki, şikayətlərlə bağlı "Azərsu" ASC ilə əlaqə saxladıq. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı virtualaz.org-a açıqlamasında bildirdi ki, suyu təmizləmək üçün tərkibinə vurulan xlor yol verilən miqdardan çox deyil: "Suyun xlorlanması standartlara uyğun olaraq həyata keçirilir. Bu proseslər avtomatlaşıb və burada insan amili yoxdur. Suyun tərkibinə vurulan xlorun yol verilən miqdarı 0,3-0,5 mq/l-dir. Ola bilər ki, bir gün 0,2 mq/l vurulsun, o biri gün 0,3 mq/l və bu baxımdan həssas olan insanlar suda xloru hiss edə bilərlər. Amma heç vaxt suyun xlorlanması yol verilən miqdardan kənara çıxılmır", - A.Cəbrayıllı bildirib.

ASC rəsmisi, həmçinin qeyd etdi ki, suya xlorun normadan artıq vurulması ilə bağlı məsələyə xüsusi nəzarət olunacaq və lazımi şöbələrə tapşırıq veriləcək.
 


Qeyd edək ki, su vasitəsilə yüksək dozada xloridin qəbulundan, ilk növbədə, insanın tənəffüs orqanları əziyyət çəkir, bronxitə səbəb ola bilir. Mütəxəssislərə görə qaraciyər xərçəngi və böyrək şişlərinin 2%-i içməli suyun həddindən artıq xlorlanması səbəbindən baş verir.

Bəzi mütəxəssislər suyu xlorla təmizləməyi məsləhət görmürlər. Çünki bu kimyəvi maddə heç də bütün zərərli mikroorqanizmləri məhv etmir, onların çoxu sağ qalır, bədənimizi zəhərləməyə davam edir. Bu toksinlər xlorla əlaqəyə girib genetik səviyyədə pozuntulara səbəb olmaq gücündədir. Hətta tez-tez xlorlu su ilə duş qəbul etdiyiniz zaman xlorun böyük dozası dəri vasitəsilə orqanizmə daxil olur. Bu vaxt toksinlərin qana düşməsi 20-30% artır. Bəzi inkişaf etmiş ölkələr xlordan imtina ediblər, suyu ultrabənövşəyi şüalar, ozon vasitəsilə zərərsizləşdirirlər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol