• $
  • €
  • ₽
  • ₺
  • £

Sarı zolaqlarda hərəkət nə vaxtdan qadağan olunacaq? – AÇIQLAMA

Sarı zolaqlarda hərəkət nə vaxtdan qadağan olunacaq? – AÇIQLAMA
22.04.2017 13:32
Bakının beynəlxalq idman yarışlarına ev sahibliyi etməsinə sayıl günlər qalır. Bu məqsədlə artıq paytaxt yollarında da hazırlıq işlərinə başlanılıb.

Musavat.com xəbər verir ki, bir neçə istiqamətdə magistral yollara sarı zolaqlar çəkilib.

Bu zolaqlar məhz idman yarışlarının keçiriləcəyi ərəfədə yarış iştirakçılarını daşıyan avtomobillərin hərəkəti üçün nəzərdə tutulsa da, məlumatsız olan bəzi sürücülərdə narahatlıq yaradıb. Bəziləri bu yollarda hərəkət etməyə ehtiyat edirlər. 

Sosial şəbəkələrdə ən çox səslənən suallardan biri də hansı tarixdən etibarən sarı zolaqda hərəkət etməyin qadağan olunmasıdır.

Qeyd edək ki, I Avropa Oyunları ərəfəsində sarı zolaqla hərəkət edən sürücülər 40 manat məbləğində cərimə olunurdu.

Hazırda sarı zolaqda hərəkətin qadağan olunub-olunmaması ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlanılıb.

V.Əsədov bildirib ki, hazırda sürücülər üçün narahatlığa heç bir əsas yoxdur. Yarışların başlanılması ilə bağlı elan verildiyi gündən həmin zolaqlara daxil olan sürücülərlə bağlı inzibati protokollar tərtib ediləcək: "Hazırda isə heç bir cərimə tətbiq olunmur. Yarışlar başlayana qədər sarı zolaqla hərəkət etmək sərbəstdir”.

O, həmçinin bildirib ki, həmin sarı zolaqlar yalnız idman oyunlarının keçirilməsi üçün nəzərdə tutulub: "Bu yollar idman oyunlarının keçirildiyi əraziləri birləşdirən və tamaşaçıları, qonaqları, idmançıları həmin istiqamətlərdə aparan avtomobil sürücülərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Bu ərəfədə həmin zolağa daxil olmaq inzibati xəta tərkibi yaradır. Bunu edənlər məsuliyyətə cəlb olunacaq”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol