Deputatın avtomobili evinin qarşısında yandı

Aprelin 22-də Gürcüstanın Axalkalaki şəhərində ölkə parlamentinin erməni əsilli deputatı Samvel Manukyana məxsus iki avtomobilin qəsdən yandırılmasına cəhd olunub. İstiPress xəbər verir ki, bu barədə deputatın özünə istinadən "jnews.ge" portalı məlumat yayıb. Maşınlar onun evini qarşısında olub.
Deputatın qonşusu təsadüfən görüb ki, kimsə maşınların üzərinə benzin töküb və yandırıb. Hadisəni törədən şəxs qaçıb.Faktla bağlı "Əmlaka qəsdən ziyan vurma" maddəsi üzrə cinayət işi qaldırılıb. Maşınlardan biri tez söndürülüb, digərinə ciddi ziyan dəyib.
www.ann.az
Deputat faktı təsdiq edib:
"Müxtəlif şübhələr var, sizi əmin edə bilərəm ki, baş verənlər mənim sahibkarlıq fəaliyyətimlə deyil, siyasi fəaliyyətimlə bağlıdır. Görək polis nə müəyyən edə biləcək".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























