• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin SAYI açıqlandı

Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin SAYI açıqlandı
25.04.2017 15:38
"Azərbaycanda 2015-ci ildə 6249 nəfər xərçəng xəstəliyindən dünyasını dəyişibsə, 2016-cı ildə bu 6945 olub".

ANN.Az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli deyib.

Baş onkoloq hesab edir ki, Azərbaycanda onkoloji xəstəliklərdən ölənlərin sayı o qədər də çox deyil: "Bu, elə də böyük göstərici deyil. Ölüm halları ən çox xəstəliyin gecikmiş mərhələlərində müraciət edənlər arasında rast gəlinir. Vaxtında müraciət etdikdə tam sağalmaya nail olmaq mümkündür".

A.Kərimlinin sözlərinə görə, 2014-cü ildə 4256, 2015-ci ildə 4541, 2016-cı ildə isə 4675 nəfərdə onkoloji xəstəlik xəstəliyin I və II mərhələsində aşkar edilib: "Əlbəttə, bu rəqəm o qədər böyük deyil. Amma əvvəlki illərlə müqayisədə bu göstəricini qənaətbəxş saymaq olar. Bundan da yüksək göstəriciyə nail olmaq üçün əhali arasında güclü maarifləndirmə işləri aparmaq lazımdır".

A.Kərimli qeyd edib ki, ölkədə onkoloji diaqnozla 5 il və daha çox yaşayanların sayı artıb. 2015-ci ildə ölkədəki onkoloji xəstələrin 14 577 nəfəri 5 və 5 ildən yuxarı müddətdə bu diaqnozla yaşayanlar olduğu halda, 2016-cı ildə belə xəstələrin sayı 17 166-a yüksəlib: "I və II mərhələdə müraciət edən xəstələrin uzunömürlülüyünə nail olmaq mümkündür. Diaqnozun düzgün qoyulması, müalicə taktikasının düzgün seçilməsi, tibbi texnologiyanın inkişaf etməsi, müasir dərman preparatlarının tətbiqi xəstələrin ömrünün uzanmasına səbəb olur".

Baş onkoloq əlavə edib ki, xərçəng xəstəliyinə əsasən, yaşı 50-dən yuxarı olan insanlar arasında təsadüf olunur.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol