Bakıda keçmiş məhkumdan 2 kq narkotik götürülüb

Bakıda keçmiş məhkumdan 2 kiloqram narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini Qərib Sadıqovdan 0,403 qram heroin götürülüb. Onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq 2 kiloqram 56,177 qram heroin aşkar edilərək götürülüb.
Q. Sadıqovun əvvəllər də məhkum olunduğu bildirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























