• $
  • €
  • ₽
  • ₺
  • £

Maaş niyə 1 manat artdı? - FOTOLAR

Maaş niyə 1 manat artdı? - FOTOLAR
26.04.2017 12:35
Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemində "115" rəqəminin "116" rəqəmi ilə əvəz edilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

ANN.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 21 aprel qərarında qeyd olunur ki, sənəd "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Prezidentin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən qəbul edilib. Ancaq 1 manat maaş artımının baş verməsi müzakirə iştirakçıları arasında marağa səbəb olub. 

Qeyd edək ki, sonuncu dəfə Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarına edilən 5 nömrəli əlavəyə əsasən dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları sxeminə əlavələr edilib. Həmin sxemdə qeyd olunur ki, Atatürk mərkəzinin xidməti otaqları yığışdıran işçisinin maaşı 115 manat olub.  Belə ki, 2010- cu ildə edilən dəyişiklikdə xidməti otaqları yığışdıran şəxs 95 manat maaş alırdısa, 2013-cü ildə bu rəqəm artaraq 115 manat təşkil edib. Eləcə də digər işçilərin maaşlarına artımlar edilib.

Qeyd olunan cədvəllərdə 2010 və 2013- cü ilin qərarlarına əsasən işçilərin aylıq vəzifə maaşlarının sxemi təqdim edilib. 

"Qafqazinfo" müzakirələrə səbəb olan 1 manat artım məsələsi ilə bağlı Atatürk Mərkəzi ilə əlaqə saxlayıb. Mərkəzdən bildirilib ki, Nazirlər Kabinetinin sözügedən qərarı ilə mətbuatdan tanış olublar. Ancaq qərar onlara hələ təqdim edilməyib. Ona görə də 1 manat məsələsi onlara da qaranlıq qalıb. 10 gün müddətində rəsmi qərar Mərkəzin mühasibatlıq bölməsinə daxil olacaq və ondan sonra məsələ aydınlaşacaq. Mərkəzdən onu da bildiriblər ki, ilk dəfədir belə bir qərarla tanış olurlar. İndiyə kimi maaşlarda 1 manat artım söhbəti olmayıb, maaş artımı bütün işçilərə şamil olunub.  

Mərkəzdən maaş artımı ilə bağlı konkret cavab verilməsə də, ehtimal etmək olar ki, sözügedən 1 manatlıq artım məhz Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlıdır. Belə ki, ölkədə  minimum maaş 116 manat nəzərdə tutulub. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol