• $
  • €
  • ₽
  • ₺
  • £

Hindistan səfiri BANM-də olub

Hindistan səfiri BANM-də olub
26.04.2017 15:40
Səfir təqdimatla çıxış edib

REPORT.AZ/ Hindistanın Azərbaycandakı səfiri Sancay Rana Bakı Ali Neft Məktəbində professor-müəllim heyəti, tələbələr və əməkdaşlar üçün "Dr. B.R. Ambedkar: Hindistan konstitusiyasının banisi və onun ölkənin yoxsul təbəqəsi və qadınların azadlığına istiqamətlənən vətəndaş hüquqlarında rolu” adında təqdimat keçirib.

Bu barədə "Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

BANM-in rektoru Elmar Qasımov səfir və onun diplomatik karyerası haqqında tədbir iştirakçılarına qısa məlumat verib və təqdimatın dünyanın ən böyük və gözəl ölkələrindən biri olan Hindistanın özünəməxsus mədəniyyətini və zəngin tarixini öyrənməkdə tələbələrə kömək edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə çıxış edən səfir S.Rana Bim Rao Ambedkar və onun peşəkar və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. 2017-ci ilin aprel ayında 126-cı ildönümü qeyd olunan Dr. Bim Rao Ambedkar Hindistanın hüquqşünası, siyasətçisi və sosial islahatçısı olub. O, yoxsul ailədə dünyaya gəlib, müstəqil Hindistanın ilk ədliyyə naziri olub və Hindistan konstitusiyasının banisi sayılır.
 
Doktor Ambedkar Hindistanın müasir tarixinin ən görkəmli şəxslərindən biri olmaqla sosial və gender ayrı-seçkiliyi ilə mübarizəsi və Hindistanın demokratik ölkə kimi inkişafında töhfəsi ilə yadda qalıb.

Təqdimatdan sonra səfir iştirakçıların suallarını cavablandırıb.

S.Rana Azərbaycan və Hindistan arasındakı yaxın dostluq münasibətləri haqqında məlumatları bölüşüb. O qeyd edib ki, iki ölkə arasındakı sıx münasibətlər qarşılıqlı və səmərəli tərəfdaşlığın inkişafına töhfə verəcək. Səfirin sözlərinə görə, Hindistanın Texniki İqtisadi Əməkdaşlıq proqramı çərçivəsində Hindistan hökuməti dövlət işçiləri və peşəkarlar üçün Hindistanın aparıcı universitetlərində tam maliyələşdirilmiş təlim kurslarını təqdim edir.
 
Təqdimat sual-cavab sessiyası ilə yekunlaşıb.

Səfir BANM-ə təkrarən dəvət olduğuna görə ali məktəbin rəhbərliyinə öz təşəkkürünü bildirib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol