• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda məktəblinin başı avtobusun qapıları arasında qaldı

Bakıda məktəblinin başı avtobusun qapıları arasında qaldı
26.04.2017 16:11
Bakıxanov qəsəbəsində 12 yaşlı uşağın başı 49 saylı marşrutun qapılarının arasında qalıb. Nəticədə məktəbli ciddi xəsarət alıb.

ANN.Az-ın xəbər verir ki, şahidlərin virtualaz.org-a bildirdiklərinə görə, hadisə ötən gün günorta saatlarında baş verib. Sürücü uşaq avtobusa daxil olmadan qapını bağlayıb.

Hadisə şahidinin sözlərinə görə, avtobus Sabunçu Rayon İcra Hakimiyyətinin yaxınlığındakı dayanacaqda sərnişin götürürdü. Sərnişinlər hamısı avtobusa minməmiş sürücü güzgüyə baxmadan qapıları bağlayıb. Bu zaman 6-cı sinif şagirdi olan oğlanın başı qapının arasında, bədəni isə çöldə qalıb, qapı uşağa ciddi xəsarət yetirib. "Sifəti qan içində idi, başı partlamışdı. Sərnişinlərin qışqırığına sürücü qapını açdı”, - şahidlərdən biri deyir.

Lakin sürücü xəsarət alan uşağa yardım etmədən heç nə olmamış kimi yoluna davam edib. Xəsarət alan məktəblini isə avtobusun sərnişinlərindən biri təcili yardımla xəstəxanaya aparıb.

Hadisə ilə bağlı 3 saylı Sabunçu Şəhər Klinik Xəstəxanasına zəng etdik və xəstəxanadan faktı təsdiqlədilər.

Məlum oldu ki, xəsarət alan 12 yaşlı məktəbli Hüseyn Məmmədovdur. O, ötən gün xəstəxanaya daxil olarkən başında yaralar olub və yaralar tikildikdən sonra evə buraxılıb. Həkimin sözlərinə görə, xəstənin vəziyyəti orta ağır qiymətləndirilir. Xəstəxanadan onu da bildirdilər ki, faktla bağlı polis idarəsinə məlumat verilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol