• $
  • €
  • ₽
  • ₺
  • £

Köhnə avtomobili olanlara kompensasiya verilə bilər

Köhnə avtomobili olanlara kompensasiya verilə bilər
27.04.2017 07:19
Digər hərəkət iştirakçıları üçün təhlükə yaradan köhnə avtomobillər istifadədən yığışdırılmalıdır. İstiPress xəbər verir ki, bu təkliflə çıxış edən Milli Məclisin deputatı Elmira Axundova Trend-ə danışıb. Millət vəkili artıq Rusiyada bu prosesin başa çatdığını deyir. 

"Rusiyada texniki cəhətdən, hətta xarici görünüşdən köhnə olan avtomobillərin müqabilində insanlara müəyyən məbləğdə pul və ya çek verirdilər. Bilirəm ki, Azərbaycanda bu prosesi həyata keçirmək bir az çətindir. Lakin təhlükə yaradan köhnə avtomobillər texniki baxışdan keçməməlidir. Bu maşınların nə qabaq, nə arxa işıqları işləyir, təxminən 30 km/saat sürətlə hərəkət edirlər. Bu da xüsusən axşam saatlarında yolda ciddi təhlükə yaradır.
 
Belə avtomobilləri istifadədən yığışdırmaq lazımdır. Onlar hər an həm özləri, həm də digərləri üçün təhlükə yaradır" deyə deputat çıxış edib.

Millət vəkili təklif edir ki, köhnə avtomobil sahiblərinə güzəştli şərtlərlə yeni avtomobillər verilsin: "Əlbəttə köhnə avtomobilləri insanların əlindən almaq olmaz, şəxsi mülkiyyətləridir. Təklifim ondan ibarətdr ki, köhnə avtomobil sahiblərinə kiçik də olsa, misal üçün 500-1000 manat məbləğində kompensasiya, eyni zamanda yerli zavoddan onlara güzəştli şərtlərlə yeni avtomobil verilsin. Misal üçün avtomobilin qiyməti yeddi min manatdırsa, onlara 5 min manata, həm də uzun müddətli kreditlə verilsin. Bu, ölkədə avtomobil istehsalına da müsbət təsir edər. Düşünürəm ki, insanlar da bununla razılaşar. Nəyə görə bu cür şərtlərlə təzə maşın almasınlar?".



  

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol