• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 24 649 nəfər inzibati məsuliyyətə cəlb edilib

Azərbaycanda 24 649 nəfər inzibati məsuliyyətə cəlb edilib
27.04.2017 22:59
Birinci instansiya məhkəmələrində baxılan inzibati xətalara dair işlərin statistikası açıqlanıb

Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-cı ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 37490 işə baxılıb ki, bu da 2015-ci ilin göstəricisindən 13,6 faiz azdır.

Bu barədə "Report”a Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, işlərdən 55,6 faizi idarəçilik qaydaları, 10,7 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 10 faizi yol hərəkəti qaydaları, 7,8 faizi sağlamlıq, 2,1 faizi gömrük qaydaları, 1,2 faizi iqtisadi fəaliyyət qaydaları, 0,9 faizi ticarət qaydaları, 0,7 faizi mülkiyyət əleyhinə olan, 1,0 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 10 faizi isə digər inzibati xətalarla bağlı olub.

2016-cı ildə baxılan işlərin 65,7 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 21,6 faizinin icraatına xitam verilib, 12,3 faizi üzrə inzibati xəta törədən şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılıb, 0,4 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilib.

İnzibati məsuliyyət tədbiri tədbiq edilməsi haqqında qərarlara əsasən 24 649 nəfər (2015-ci illə müqayisədə 24,9 faiz az) inzibati məsuliyyətə cəlb edilib və onların 35,1 faizinə inzibati cərimə, 33,1 faizinə inzibati həbs, 24,2 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 3,3 faizinə xəbərdarlıq, 1,2 faizinə ictimai işlər, 3,1 faizinə isə digər tənbeh növləri tətbiq edilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol