• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur
28.04.2017 20:20
"Rəyasət Heyəti Azərbaycan Milli Elmlər Akademiyasının üzvlərinə dəfələrlə müraciət edir ki, orta məktəb, ai məktəb üçün dərslik yazın. Amma yazan yoxdur, hec motivasiya da yoxdur. Çünki indi aparıcı elmi işçilərin fikri-zikri istinadların, indekslərin, FİŞ indeksinin yanındadır. Mən bunu aşağılamıram, buna dəstək verirəm".

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında çıxış edən AMEA-nın akademik katibi Rasim Əliquliyev deyib.

Onun sözlərinə görə, amma alimlər impakt faktorlu jurnallarda məqalələrini dərc etdirməklə yanaşı, Azərbaycan iqtisadiyyatına, elminə də öz töhfələrini verməlidirlər: "Hər bir aimin fəaliyyəti tək FİŞ indeksinə görə müəyyənləşməli deyil. O dəstəklənir və lazımı qiymətini alır. Amma məsələ ondadır ki, alimlərimiz digər istiqamətlərə maraq göstərmirlər. Bu gün Azərbaycan alimləri yalnız Tomson naminə işləməli deyillər.

 Azərbaycan alimi ölkənin biliklərinə və iqtisadiyyatına öz dəstəyini verməli, elmi kadr hazırlamalıdır. 

Azərbaycan elmini inkişaf etdirmək lazımdır. Tomson Reyters impakt faktorlu jurnallarda məqalələri nəşr olunan alimlər deyir ki, mən gərək elə problemlə məşğul olam ki, onun "Tomson" perspektivi olsun. Bəs, Azərbaycanın problemi ilə kim məşğul olmalı, ölkənin təhsilinə kim dəstək verməlidir? Azərbaycan innovasiyasına kim töhfə verməli, kadrları kim hazırlamalıdır?"

Bu gün Azərbaycan alimlərinin çoxmeyarlı alternativlər qarşısında olduğunu nəzərə çatdıran R.Əliquliyev qeyd edib ki, Azərbaycan elmi fəaliyyətinin qiymətləndirilməsi üçün çoxlu multimeyarlar üzrə yeni mexanizmlər işlənib hazrlanmalıdır. Bu mexanizmlərə həm alimin, həm elmi müəssisələrin, həm də universitetlərin fəaliyyətini cəlb etmək lazımdır: "Biz "Tomson Reuters" agentliyi ilə müqavilə bağlamışıq. Onlar qarşısında hətta şərt də qoyulub ki, bizim illik hesabatımızı verin. Çünki bu gün hər kəs özü üçün bir reytinq çıxarır. Kimə necə sərf edirsə, elə edir. Müxtəlif reytinqlər verir, burada özünü qabağa çəkir və s. Amma bu qiymətləndirmə "Tomson Reuters"dən gəlməlidir".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol