• $
  • €
  • ₽
  • ₺
  • £

Nobel prospektində yeni keçidi istifadəyə verilib

Nobel prospektində yeni keçidi istifadəyə verilib
29.04.2017 10:17
"Ağ şəhər” avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində inşa edilən yeraltı piyada keçidinin tikintisi yekunlaşıb.

"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, artıq vətəndaşlar keçiddən istifadə edə bilərlər.

Qurumdan bildirilib ki, keçidin ümumi uzunluğu 4 istiqamət üzrə giriş-çıxış hissələr də daxil olmaqla 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidin giriş-çıxış hissəsinə 8 ədəd çöl şəraitində quraşdırılan eskalator qoyulub.

Keçidin içərisi bütövlükdə işıqlandırma sistemi ilə təchiz olunub, bundan əlavə, sanitar və 2 mühafizə otaqları ilə təmin edilib.

Layihə çərçivəsində Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində dəmir yolla kəsişmə hissə ləğv olunub əvəzinə "Bulvar” hotel istiqamətinə doğru olan müvəqqəti yol əsaslı şəkildə yenidən qurulub. Yolun uzunluğu 250 m, eni isə 45-100 metr arasında dəyişir.

Görülən işlər çərçivəsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri olan yerlərə 10 ədəd məlumatverici yol nişanı quraşdırılıb. Həmçinin 10 ədəd yeraltı kommunikasiya xətlərinin baxış qapaqları dəyişdirilib, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün 13 ədəd yağış barmaqlıqlar qoyulub.

Ümumilikdə yola 6500 kvadratmetr və 2 qat olmaqla 15 sm qalınlığında asfalt-beton örtüyü salınıb, yol kənarlarına 900 p/m mərmər-qranit səki daşı, səkilərin üzərinə isə 4500 kvadratmetr tamet daşları düzülüb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol