• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi müəllimlərin səlahiyyətləri azaldıldı

Bəzi müəllimlərin səlahiyyətləri azaldıldı
29.04.2017 16:18
Azərbaycanda ixtisasartırma və kadrların yenidən hazırlanma tədris müəssisələri elmi tədqiqat işləri apara bilməyəcəklər.

Milli.Az xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı 1997-ci il 11 iyul tarixli 77 nömrəli qərarla təsdiq edilmiş "İxtisasartırma və kadrların yenidən hazırlanması müəssisələrinin nümunəvi Əsasnaməsi"ndə dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, tədris müəssisələrində elmi-tədqiqat işlərinin aparılması əsasnamədən çıxarılıb.

Bundan başqa, tədris müəssisələri professor-müəllim heyətinin hüquq və vәzifәlәri azaldılıb. Belə ki, yeni qərarla professor-müəllim heyətinin əsas iş yerində və ya elmi-tədqiqat, layihə-konstruktor və digər təşkilatlarda müəyyən edilmiş qaydada elmi iş aparmaq, elmi tədqiqatlar aparmaq, onların nəticələrinin istehsalatda tətbiqində iştirak etmək, əldə edilmiş elmi nailiyyətlərdən tədris prosesində istifadə etmək kimi hüquq və vəzifələri ləğv edilib.

Əsasnamədə tədris müəssisələrinin fəaliyyət dairələrinin əsas istiqamətləri ilə bağlı edilən yeni dəyişikliyə əsasən, tədris müəssisələri müәyyәn olunmuş qaydada təlim-tərbiyə, elmi-metodik işlərinin daha da yaxşılaşdırılması üzrə təkliflər hazırlayır və zəruri hallarda onları baxılmaq üçün yuxan orqanlara təqdim edir. Indiyədək isə müəssisələr həm də və elmi-tədqiqat işləri üzrə üzrə təkliflər hazırlayaraq onları baxılmaq üçün yuxan orqanlara təqdim edə bilirdilər.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol