• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbə tarixinin faciəvi günü

Tələbə tarixinin faciəvi günü
30.04.2017 09:17
30 aprel 2009-cu il... Çox qəribədir. Bu tarix məhz həftənin dördüncü gününə təsadüf etdi. 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında qanlı terror hadisəsi oldu. 

 Bundan qabaq da Azərbaycanın müxtəlif yerlərində, o cümlədən paytaxtımızda terror faktı olub. Amma heç birində gülləni beynimizə, gələcəyimizə, gələcəyimizin mədəni, intellektual bazası olan tələbələrə tuşlamamışdılar. 30 aprel 2009-cu il tarixində ADNA özünün qanlı tarixini yaşadı. Artıq bu gün "30 aprel" demək kifayətdir ki, o qanlı tarixçəni bir daha bütün acısıyla yaşayasan. 30 aprel günü akademiyanın 2-ci tədris binasında cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxslər güllələndi.

 Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz neft mədən" və "Neft mexanikası" fakültələrinin yerləşdiyi Akademiyanın 2-ci korpusu o gün təkcə Azərbaycanın deyil, bütün dünyanın diqqət mərkəzinə çevrildi.

 Həmin gün Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusuna silahlı basqın oldu. Gözlənilməz hadisə Akademiyada olanları təşvişə saldı. Hadisədən xəbər tutan hər kəs auditoriyaların qapılarını arxadan bağlayıb qatilin əlindən canını qurtarmaq üçün binanın pəncərələrindən boylanaraq qışqırıb kömək istəyirdi. Əli silahlının gözündən yayına bilən tələbə və müəllimlər çölə axışırdı. Səhər saatlarında odlu silahla silahlanmış naməlum şəxs Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci korpusuna hücum edərək birinci mərtəbədən yuxarı mərtəbəyədək qarşısına çıxan şəxsləri güllələyib...
 
Silahlı terrorçunun atdığı güllələr Akademiyanın müəllim və tələbələrinin, əsasən baş və boyun nahiyəsindən dəymişdi. Gülləyə tuş gələnlərin içərisində Akademiyanın professoru, laborantları, tələbələri, dosenti, müəllimləri və hətta yeməkxanaya süd məhsulları gətirən bir xanım da var idi.

 Hadisə zamanı 

1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü

2. Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü

3. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlü

4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

 Tələbələr

1. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü

2. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü

3. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü

4. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü

5. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü

6. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü

7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü və Akademiyaya süd məhsulları gətirən

8. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü öldürülüb...
 
Hadisəni törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurub. Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində apardığı araşdırmadan məlum oldu ki, cinayətkar 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovdur.

Cinayət işi üzrə həbs edilmiş Cavidan Əmirov, Nəcəf Süleymanov və Nadir Əliyev Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulova isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol