• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Şirəliyevdən qeyri adi addım

Oqtay Şirəliyevdən qeyri adi addım
01.05.2017 15:00
AZXEBER.COM xəbər verir ki, jurnalist Həsən Babayevin 2015-ci il sentyabr ayının 4-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xanımı üzərində qeysəriyyə əməliyyatı zamanı övladının Z.Abbasova tərəfindən öldürülməsi ilə bağlı müraciətdən sonra Səhiyyə Nazirliyi açıqlama yaymışdı.

Açıqlamada Həsən Babayevin müraciətinə cavab olaraq bildirilmişdi ki, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Doğum Şöbəsinin müdiri Z.Abbasova tutduğu vəzifədən azad edilib.

Jurnalistin sözlərinə görə bu hadisədən sonra onu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov və Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov qəbul etmişdi:

"G.Poladov və T.İbadov bizə bildirdilər ki, sözügedən xəstəxananın Pataloji Hamiləlik və Doğum Şöbəsinin müdiri Zəhra Abbasova (Zara həkim) yoldaşımın vəziyyəti ilə bağlı çox ciddi səhvə yol verib və bu da uşağın ölümünə səbəb olub”.

Jurnalist bir müddət sonra nazirin göstərişi ilə Z.Abbasovanın vəzifəsindən azad edildiyini bildirmişdi:

"Daha sonra Səhiyyə Nazirliyindən mənə məktub yazaraq, günahkarların cəzalandırıldığı bildirilmişdi. Ancaq məlum olur ki, heç kim cəzalandırılmayıb. Xəstəxananın şöbə müdiri Zəhra Abbasova haqqında bu ilin yanvar ayında növbəti şikayət məktubu mətbuatda dərc edilib. Və göründüyü kimi nazir ona yenidən bu vəzifəni həvalə edib”.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri AZXEBER.COM-a açıqlamasında məsələdən məlumatsız olduğunu bildirib.

Qeyd edək ki, Zəhra Abbasova haqqında bir müddət öncə daha bir xəstə yaxını da şikayət bildirmişdi. Tovuz rayon sakini Məsimə Zeynalova həkim səhlənkarlığı nəticəsində gəlininin sağlam övladının doğuş zamanı tələf olduğunu və bu işdə Z.Abbasovanın məsuliyyət daşıdığını iddia etmişdi.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol